?Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaz Fəaliyyəti?-Orxus konvensiyası mövzusunda seminar keçiriləcək

img

08-06-2011 [10:21]


18 may-18 iyun Ombudsman tərəfindən "İnsan Hüquqları Aylığı" elan olunub. Demokratik Gənclər İB və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi birlikdə bu aylıqla bağlı Sumqayıt şəhərində gənclərlə vətəndaşların Sağlamlıq Hüququnun qorunması, bu sahədə onları maarifləndirmək məqsədi ilə Ətraf mühitin mühafizəsi sahəsində gənclərin iştirakçılığının gücləndirilməsi üçün Sumqayıt şəhər 14 nömrəli orta məktəbdə 12 iyun 2011-ci ildə saat 11:00-da ?Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti?-Orxus konvensiyası mövzusunda seminar keçəcəklər. Təlimlər nəticəsində gənclərin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqları, eyni zamanda ətraf mühitin mühafizəsində iştiraka dair Azərbaycan Respublikasının qoşulduğu Orxus və digər Konvensiyalardan irəli gələn məsələlər haqqında məlumatları artacaq. Seminarı- ATƏTİN Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF)-Orxus Konvensiyası üzrə təlimçisi Ramil Süleymanov aparacaq. Bu seminar nəticəsində gənclərin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqları, eyni zamanda ətraf mühitin mühafizəsində iştiraka dair Azərbaycan Respublikasının qoşulduğu Orxus və digər Konvensiyalardan irəli gələn məsələlər haqqında məlumatları artacaq, gənclərin ətraf mühitin mühafizəsinə dair təşkilati və virtual şəbəkəsi yaranacaq, ətraf mühit sahəsində əməkdaşlığın milli və regional münaqişələrin həllində oynadığı rola diqqət yetiriləcəkdir. Seminarda iştirak etmək istəyənlər aşağıda göstərilən əlaqə nömrələrinə zəng vuraraq lazım olan məlumatları ala bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq