Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi ilə görüzəcək

img

02-06-2011 [05:35]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Vaşinqtonda ABŞ Dövlət Katibi Hillari Klintonla görüşəcək. Bu barədə ?Azadlıq? radiosuna Dövlət Departamentindən xəbər veriblər. Görüşdə ikitərəfli məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yaranmış vəziyyət müzakirə olunacaq. İyunun 3-də həmçinin Elmar Məmmədyarovun Vaşinqtondakı Atlantic Council araşdırma mərkəzində keçiriləcək tədbirdə çıxışı gözlənilir. Tədbiri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda isə Atlantic Council-ın Avrasiya Mərkəzinin rəhbəri Ross Uilson aparır. Bu gün isə Elmar Məmmədyarov Vaşinqtonun bir sıra araşdırma mərkəzlərində görüşlər keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA