Elmar Məmmədyarov Ərəb Dövlətləri Liqasının BMT yanında Daimi Nümayəndələri ilə görüb

img

01-06-2011 [11:26]


ABŞ-a işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov dünən Nyu-Yorkda növbəti görüşünü Ərəb Dövlətləri Liqasının BMT yanında Daimi Nümayəndələri ilə keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. Nazir Azərbaycanın apardığı uğurlu və müstəqil siyasəti barədə iştirakçılara məlumat verib, iqtisadiyyat sahəsində, xüsusilə enerji sahəsində əldə etdiyimiz nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanın regionda aparıcı dövlət olmasını, Azərbaycanın da iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Məmmədyarov eyni zamanda Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, İslam dünyasının tərkib hissəsi olduğunu, bu mənada və coğrafi baxımdan Avropa və Asiya arasında körpü rolunu oynadığını və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Daha sonra nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Görüşdə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA