?Ermənilər 5 rayonu birdən bozaltmalıdır?

img

20-05-2011 [07:05]


Azərbaycan tərəfi ilkin mərhələdə Ermənistan qoşunlarının işğal olunmuş Ağdam və Füzuli rayonlarından, daha sonra isə digər rayonlardan da çıxarılmasını istəyir. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O, snayperlərin qoşunların təmas xəttindən çəkilməsi məsələsinə Ermənistan qoşunlarının işğal altında olan rayonlardan çıxarılması kontekstində baxılmalı olduğunu qeyd edib. ?Ermənilər deyir ki, snayperləri çıxarın. Bunlar gülməli sözlərdir. Snayper özü-özünə gəlməyib ki, çıxarılsın. Əsas məsələ Ermənistan qoşunlarının işğal altında olan torpaqlarda olmasıdır. Biz plana əsasən, hansısa bir cədvəllə təsdiq olunmuş şəkildə Ermənistan qoşunlarının çıxarılmasına nail olmalıyıq. Ona görə də biz müzakirə edirik. Yəni biz sülh sazişi bağlayaq, yoxsa regiona sülh və stabillik gətirmək üçün bundan əvvəl hərəkətə keçək, addım-addım məsələsi ilə biz münaqişəni həll edək. İlk mərhələdə əlbəttə ki, işğal olunmuş torpaqlardan erməni qoşunları çıxmalıdır. İndi hansı rayondan məsələn, Ağdam, Füzuli və ya Zəngilan başlamalıyıq? Çox güman ki, biz Ağdam və Füzulidən başlamalıyıq. Bu, bizim mövqemizdir. Amma o biri baxımdan irəli sürülən digər bir təklifə görə, ermənilər 5 rayonu birdən boşaltmalıdır. Yəni təkliflər, razılaşdırılmış məqamlar çoxdur?, deyə E. Məmmədyarov ANS TV-yə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA