?Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq?

img

19-05-2011 [10:17]


?Biz Dağlıq Qarabağı müstəqil ərazi vahidi kimi tanımırıq?. Bunu Avropa Parlamentinin başçısı Yeji Buzek İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. O, bildirib ki, Avropa Parlamenti hər zaman dövlətlərin ərazi bütövlüyündən bəhs edir. Yeji Buzek insanların dinc müövcudluq və inkişaf hüququnun vacibliyini də vurğulayıb. ?Ən dəyərli şey insan həyatıdır. Biz münaqişənin həll olunmamasına baxmayaraq, bu insanlara humanitar yardım göstərməliyik. Dostlüuq əlini uzatmaq daha yaxşıdır, döyüşmək yox?, - deyə Avropa Parlamentinin rəhbəri bildirib. Yeji Buzekin sözlərinə görə, bütün Avropa ərazisində təhlükəsizilk təminatı olmalıdır. O bildirib ki, münaqişə tərəflərinin ictimaiyyəti problemin həllinə hazırlanmalıdır(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA