Vergilər Nazirliyinə izə qəbul qaydaları sadələzdirilib

img

12-05-2011 [03:15]


Azərbaycan Vergilər Nazirliyi vergi orqanlarına işə qəbul qaydalarını və bunun üçün tələb olunan şərtləri asanlaşdırıb. Nazirlikdən verilən məlumata görə, bu, ?Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları?na edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklərdən sonra yaşı 35-dən yuxarı olan namizədlərin vergi orqanlarında işə qəbuluna qoyulan qadağa qismən aradan qaldırılıb. Vergilər Nazirliyində bunu dövlət başçısının 9 mart 2011-ci il tarixli ?Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə?yə dəyişiklik və əlavə edilməsi barədə Fərmanı ilə izah edirlər. Həmin sərəncama əsasən müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin yaşı 35-dən yuxarı olsa da, müsabiqə komissiyasının qərarı əsasında vergi orqanlarına qəbul oluna bilərlər. İşə qəbul prosesində yeniliklərdən biri də namizədlərlə müsahibə zamanı onların xüsusi təqdimat formasında çıxış etməsi olacaq. Nazirlikdən bildiriblər ki, işə qəbul qaydalarında edilən dəyişikliklər vergi orqanlarına işə qəbul olunmaq istəyənlərin sayına təsir edib. Sonuncu test imtahanı zamanı işə qəbul olunmaq istəyənlərin sayında artım qeydə alınıb (işə qəbul olunmaq üçün 1700-dən çox müraciət qəbul edilib). Vergi orqanlarına işə qəbulla bağlı test imtahanları mayın 22-də keçiriləcək. Qeyd edək ki, Vergilər Nazirliyində işə qəbul qaydaları və prosesi ciddi intizamı ilə fərqlənir. Təkcə onu demək kifayətdir ki, müsabiqə prosesi - namizədlərin sual-cavabı və onunla aparılan söhbət video çəkiliş vasitəsilə qeydə alınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR