Anar Məmmədxanov vəfat edib(yenilənib)

img

23-04-2011 [05:41]


Milli Məclisin keçmiş üzvi, ?Bakılı oğlanlar? Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov vəfat edib. Onun ürək tutmasından öldüyü deyilir. Hazırda mərhumun yaşadığı Şəmsi Bədəlbəyli 102 ünvanında qələbəlik var. Vergilər naziri Fazil Məmmədov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, millət vəkili Səməd Seyidov, ADİP sədri Asim Mollazadə, tanınmış vəkil Aslan İsmayılov, ?Parni iz Bakı? KVN teatrının üzvləri və digər tanınmış ictimayyət xadimləri, mədəniyyət aləminin nümayəndələri mərhumun yaşadığı həyətə toplaşıblar. Müstəqil İnformasiya Agentliyinin əməkdaşına açıqlama verən tanınmış şoumen Murad Dadaşov bildirib ki, dəfn mərasimi sabah saat 15.00-da keçiriləcək. Onun sözlərinə görə, A.Məmmədxanovun harada dəfn olunacağı ilə bağlı hələlik qərar verilməyib. Mərhumun qohumları jurnalistlərin çəkiliş aparmasına icazə verməyiblər. Qeyd edik ki, ərazidə asyişə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları nəzarət edir. Yol patrul xidmətinin əməkdaşları isə ərazidə tıxacın yaranmaması üçün tədbirlər həyata keçirirlər. A.Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, ?Bakılı oğlanlar? komandasının kapitanı olub. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evlidir, 3 övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA