Parabank, GoldenPay və Milli Kart arasında üç tərəfli müqavilə imzaladılar

img

16-02-2011 [02:10]


Bank xidmətlərinin artırılması məqsədilə Parabank GoldenPay şirkəti və Milli Kart prosessinq mərkəzi ilə Agent Pay sisteminə qoşulmaq üçün 25 yanvar 2011-cu il tarixində üç tərəfli müqavilə imzaladı. Agent Pay sisteminin köməyilə Parabank təklif etdiyi ödəniş xidmətlərinin siyahısı daha da genişləndirilmişdir. Azercell, Bakcell, NarMobile, Azeriqaz, Bakıelektrikşəbəkə, AzərSu ödənişlərindən əlavə Agent Pay sisteminin köməyilə müştərilər Azerfon-Vodafon, Fonex, Aztelekom-BTRİB, Catel, Azdatakom və Bakinternet ödənişlərini həyata keçirə bilər. Hal-hazırda Bankımız Adanet, Azeronline və s. xidmətlərin istfadəsinə görə ödənişlərin həyata keçirilməsi üçün müvafiq işlər görür və yaxın gələcəkdə müştərilərə yeni növ xidmətləri təqdim etməyə hazırlaşır. ?Bu müqavilənin imzalanması bizim üçün əlavə xidmətlərin əldə edilməsinə imkan yaratdı. Müştəri məmnunluğunu və xidmət keyfiyyətini üstün tutan Parabank, daima öz müştərilərinə və həmçinin ölkə əhalisinə, rahatlıq yaradan və ən əsası sərfəli şərtlərlə bütün növ bank xidmətlərini təqdim edir? ? deyə Biznesin İnkişafı və Marketinq departamentinin direktoru Fərid Dadaşov qeyd etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR