Elmar Məmmədyarov Türkmənistanın yeni səfirini qəbul edib

img

12-01-2011 [09:40]


Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toylı Babayeviç Kömekovu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, etimadnamənin surətini təqdim edən T. Kömekov ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Qonaq səfir vəzifəsində fəaliyyəti müddətində Türkmənistan-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. Öz növbəsində nazir Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə türkmənistanlı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA