Ərdoğanla ABŞ prezidentinin şok mübahisəsi: "Sən 180 dərəcə dəyişibsən..."

img

11-06-2018 [17:53]


ABŞ Milli Təhlükəsizlik müşavirinin keçmiş müavini Ben Rodes illər əvvəl Ağ Evin keçmiş rəhbəri Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş vermiş maraqlı dialoqdan bəhs edib.

Axar.az xəbər verir ki, Rodes həmin anları özünün yazdığı "Dünya olduğu kimi” adlı kitabında qələmə alıb.

Rodes bildirir ki, 2011-ci ildə BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşlər zamanı Ərdoğanla Obama arasında Fələstin məsələsi müzakirə olunub. Görüş zamanı Ərdoğan Obamaya Fələstin məsələsində 180 dərəcə dəyişdiyini deyib.

"Ərdoğan məsələləri detallı şəkildə müzakirə etməyi xoşlayırdı. Obama fələstinlilərin BMT-nin vasitəçiliyi ilə müdafiə olunmasının mümkünsüzlüyünü irəli sürdü. 

"Bu, İsraillə müzakirə edilməli idi” deyərək Cənubi Sudanı misal çəkdi. Ərdoğan isə bundan sonra Obamaya "Cənubi Sudana görə Şimal illərdir sanksiyaya məruz qaldı. Eyni addımı İsrail üçün də təklif edirsən?” sualını verdi. Obama isə bu sual qarşısında donub qaldı”, - Rodes yazıb.

Rodes bildirib ki, bu dialoqdan sonra əsəbiləşən Obama ona "Ərdoğanla mübahisə etməkdən nifrət edirəm” deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA