Tiflisdə aksiyalar yenidən başlayır - “Məni öldürmə” şüarı ilə

img

11-06-2018 [12:09]


Tiflisdə etirazçılar "Məni öldürmə” şüarı ilə Şota Rustaveli prospektində yeni aksiyaya hazırlaşırlar.

Bu barədə məlumatı "Sputnik Gürcüstan” yayıb. 

Hazırda parlament binası qarşısında etirazçıların toplandığı bildirilir. Öldürülən yeniyetmənin atası Zaza Saralidze aksiyanın saat iki üçün planlaşdırıldığını və etirazçıların Daxili İşlər naziri Georgi Qaxariya və Ədliyyə naziri Tei Tsulukianini istefaya getməyə səsləyəcəyini deyib.

Rustaveli prospektində yolun ortasında artıq 3 çadır da quraşdırılıb. Etirazçılar bunun maşınların hərəkətinə qismən maneə yaradıblar.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları mayın 31-dən başlayıb. Aksiyalar nəticəsində ölkənin Baş prokuroru İrakli Şotadze istefaya gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA