Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi - VƏZİYYƏT GƏRGİNLƏŞDİ

img

06-06-2018 [08:49]


Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına dair nota göndərib.

Bu barədə çərşənbə axşamı Gürcüstan XİN-i məlumat yayıb. İdarənin bəyanatında bildirilir ki, "1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib".

Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.

Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub".
"Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında "Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair" sazişin fəaliyyətinə xitam verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA