04-06-2018 [23:26]
Bu gün Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərginin açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb.
Bu gözəl məkanda - Heydər Əliyev Mərkəzində ikinci sərginin açılış mərasimində bu qədər böyük sayda insanı görməkdən çox şad olduğunu deyən Aleksandr Vasilyev qeyd edib ki, budəfəki sərginin mövzusu Azərbaycana yaxındır. Bu, Azərbaycanın əsrarəngiz təbiəti ilə əlaqədardır. "Sizin ölkəniz dənizin yaxınlığında yerləşir. Burada gözəl dağlar, meşələr var”, - deyən kolleksiyaçı Azərbaycanın zəngin flora və faunaya malik olduğunu vurğulayıb. Dizaynerlərin təbiətə həmişə valeh olduqlarını diqqətə çatdıran Aleksandr Vasilyev təbiətin əsrlər boyu ilham mənbəyi olduğunu bildirib.
"Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə ətrafımızda olan gözəlliyi necə əks etdirdiyindən söhbət açacaq”, - deyə Aleksandr Vasilyev qeyd edib.
Diqqətə çatdırıb ki, çiçəklərin rəngi, çəmənliyin rəng çalarları, dağlarda, savannalarda, cəngəlliklərdə və ya səhralarda yaşayan canlılar, dənizdəki balıqlar, xərçənglər, mirvarilər, mərcanlar, meduzalar, dəniz atları – bütün bunlar rəssamların yaradıcılığında əksini tapır. Eləcə də kəpənəklərin, böcəklərin, çəyirtkələrin özünəməxsus görünüşündəki incəlik istənilən dizaynerin hazırladığı paltardan üstündür.
Aleksandr Vasilyev Fondunun prezidenti çıxışında təbiətin ilahi qanunu olduğunu vurğulayıb. Bildirib ki, təbiətdə zövqsüz heç nə yoxdur. İstər bitki, istər heyvanlar aləminin hər bir növü özlüyündə gözəldir. Tanrı onları lazımi cizgilər və atributlarla yaradıb ki, bütün bunlar bugünkü sərgidə öz əksini tapıb. Diqqətə çatdırıb ki, ətraf mühiti qorumaq məqsədilə Fondda olan xəzlər sərgidə bilərəkdən təqdim edilməyib, onların yalnız imitasiyası verilib. "Bu baxımdan mənim zürafə görkəmində olan pencəyimi dizayner, bu sərginin kuratoru Kiril Qasilin hazırlayıb”, - deyə Aleksandr Vasilyev bildirib.
Sərginin yaradılma tarixindən söhbət açan kolleksiyaçı deyib: "Bu sərgi üç il əvvəl yaradılıb. Riqada – Latviya Milli Dekorativ Sənət Muzeyində, sonra Vilnüsdə – Litvanın Milli Dekorativ Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi”. Bu sərginin Bakıda yaşayan, eləcə də bu şəhərə gələn, modanı sevən qadınlara, kişilərə və uşaqlara əsl hədiyyə olduğunu deyən Aleksandr Vasilyev hər kəsin zövq alacağına əminliyini bildirib.
Sərgi təbiət və dəbin vəhdətinə həsr olunub. Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksessuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunur.
Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim edilir.
Sərgi zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir.
Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunur.
Sərgi dekabrın 2-dək davam edəcək.
Xatırladaq ki, bu, Aleksandr Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksessuarlar nümayiş olunub.
İran etirazları: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq