Bakıda yaşayış binasında yanğın - 20 sakin təxliyə olundu

img

30-05-2018 [23:39]


Bakıda yanğın hadisəsi qeydə alınıb.

Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR