İsrail parlamentindən tarixi qərar – Qondarma “erməni soyqırımı” layihəsi gündəlikdən çıxarıldı

img

29-05-2018 [00:15]


İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma "erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

Bu barədə "The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb. 

"Çünki  qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, spikerin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma "erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçirilməli idi. Müvafiq təkliflə solçu "Merets” partiyasının lideri Tamar Zandberq çıxış etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA