“Taliban” Əfqanıstanda ordunu məğlub etdi, 86 kəndi ələ keçirdi - Türkmənlər evlərini tərk edib

img

21-05-2018 [15:18]


 Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər.

"Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.

"Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları "Taliban” tərəfindən sıxışdırılıb”, - o, vurğulayıb.

Həmin əyalətlərə "Taliban” bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər.

Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır. Əfqanıstanda 3,5-4 milyon türkmən yaşadığı ehtimal olunur.

Faryapın 9, Covuzcanın 3, Bəlxin 1 rayonu Türkmənistanla sərhəddə yerləşir. Ümumilikdə, Əfqanıstanla Türkmənistan arasında sərhədin uzunluğu 800 km-dən artıqdır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA