Türk ordusu iki şəhid verdi - Ordudan qisas vədi

img

20-05-2018 [19:10]


Bu gün Türkiyənin Ağrı vilayətinin Doğubəyazid rayonunda PKK terrorçularının yola basdırdığı bombanın partlaması nəticəsində iki türk əsgəri şəhid olub.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, faktı Türkiyə ordusunun Baş Qərargahı təsdiq edib.

Bildirilib ki, hadisə hərbi maşının yolda hərəkəti zamanı baş verib.

Baş Qərargahdan şəhidlərə Allahdan rəhmət dilənib və qisas vədi verib: "Hazırda bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Ən son terrorçu qalana qədər əməliyyat qərarlı şəkildə davam edəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA