18-05-2018 [10:55]
San Fransisko şəhərində yerləşən, ABŞ-ın ən qədim qurumlarından olan "Commonwealth Club” təşkilatında 16 may 2018-ci il tarixində Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, tədbir Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində baş tutub.
Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Həmçinin, San Fransisko və ətraf rayonlarda fəaliyyət göstərən Birləşmiş Dinlər Təşəbbüsü, Kontra Kosta Vilayəti Dinlərarası Şurası, Presidio Dinlərarası Şurası, Marin Vilayəti Dinlərarası Şurası və Silikon Vadisi Dinlərarası Şurası kimi tanınmış təşkilatlar tədbirin təşkilində tərəfdaş kimi çıxış ediblər.
Tədbirdə yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər. Çıxışlardan öncə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən çəkilmiş qısa film nümayiş etdirilib. Tədbir iştirakçıları həmçinin Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Amerika Yəhudi Komitəsinin (AYK) San Fransisko nümayəndəliyinin direktoru Matt Kahn və AYK-nin Şimali Kaliforniya üzrə regional direktoru Ravvin Serena Eisenberg tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən bu önəmli tədbirə evsahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə ediblər. Natiqlər AYK ilə Azərbaycan arasında sıx dostluq əlaqələrinin qurulduğunu və hər il AYK rəhbərliyinin ölkəmizə səfər etdiyini qeyd ediblər.
Sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanda müxtəlif dinlərə məxsus çoxlu sayda ibadət evlərinin sərbəst fəaliyyət göstərdiyini qeyd edən M.Qurbanlı ölkəmizdə yaşayan dini icmalara dövlət qayğısından danışıb. Natiq, Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm və tolerantlığı Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəltdiyini diqqətə çatdırıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Amerika Yəhudi Komitəsi ilə Kaliforniyada yaradılmış möhkəm dostluq münasibətlərinin böyük önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib. Diplomat, tədbirin keçirildiyi məkanın da əlamətdar yer olduğunu, ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə məhz "Commonwealth Club” təşkilatında etdiyi çıxış zamanı Azərbaycan barədə müsbət fikirlərini bölüşdüyünü qeyd edib.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.
Sonra nümayəndə heyətinin üzvləri tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırıblar. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San Fransisko bölməsi tədbrin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Bu zaman, ANCA tədbirə nümayəndələrini göndərərək, Azərbaycan haqda yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhdlər göstərib. Bunun da qarşısı alındıqdan sonra, erməni lobbisi təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər. Cavab olaraq, DQİDK-in sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox soydaşımızın didərgin salınması, bu münaqişənin dinlərarası münaqişə olmamasını qeyd edərək, BMT TŞ-nin müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmamasını sorğu edib. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər tədbir iştirakçılarının da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR
Ağdərədə insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."
Nazir prezidenti "narkoman" adlandırdı, sərt cavab gecikmədi: "Get, Baş nazirin arvadının korrupsiyası ilə məşğul ol!"
ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
Heyətə alınmayan Bonuççidən paylaşım - FOTO
Məşhur müğənni qəza törədib - FOTOLAR
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb