14-05-2018 [09:05]
Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-dən etibarən, rəhbərlik etdiyi nazirlikdə kadr dəyişikliyinə start verib.
Mia.az-ın məlumatına görə, nazirin əmri ilə ilk olaraq aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıblar.
Üç gün əvvəl isə nazir aparat rəhbərinin səlahiyyətlərini yeni müşavir təyin etdiyi Anar Əliyevə həvalə edib. Nazir Anar Əliyevlə yanaşı, Vüsal Nəsirlini də özünə yeni müşavir təyin edib”
Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.
Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.
Məlumata görə, vəzifədən getmə növbəsi nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə, Dövlət Sosial Müdafiəsi Fondunun sədri 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev, nazirliyin Nəsimi rayon sosial müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov, müşavir Yalçın Müslümov, həmçinin DSMF-nin Hüquqi Hüquqi Şəxslərlə İş idarəsin rəisi Şiraslan Əsədov və digər vəzifəli şəxslərə çatıb.
Mia.az "Reytinq” qəzetinə istinadən bildirir ki, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq və bu zaman çox böyük ehtimala keçmiş nazir Səlim Müslümovla aparat rəhbəri Əjdər Cəbiyevin yuxarıda adıçəkilən qohum-əqrabası və xeyli tələbə yoldaşları, dostları, hətta bəzilərinin gəlinləri də vəzifələrdən azad olunacaqlar:
"Növbəti kadr islahatlarının Səlim Müslümovun ta DSMF-dən başlayaraq, ətrafına topladıqları kadrlarının böyük əksəriyyətini əhatə edəcək.
Sizə deyim ki, bu dəyişikliklər təkcə onların keçmiş nazir Səlim Müslümovun yaxın ətrafı və ya qohum-əqrabası olduqları üçün həyata keçirilməyəcək. Bu, həm onların yarıtmaz fəaliyyətindən, həm də siyasi məsələlərdən qaynaqlanan ciddi zərurətə çevrilib.
Baxın, 1993-cü ildən DSMF-də işləyən və məhz Səlim Müslümovun əmri ilə direktor təyin edilən Zakir Babayevin pensiya yaşından 4 ötüb. Amma Səlim Müslümov 67 yaşlı bu adamı kadrını yola salmadı.
Əksinə, onun müavinlikdən direktorluğa gətirdi, üstəlik, yaş faktoruna görə, birbaşa təyin edə biimədiyindən, onunla hər il bir illlik müqavilə bağlamaqla, ona xüsusi meydan verdi.
Sual oluna bilər ki, keçmiş naziri buna nə məcbur və ya sövq edirdi? Bəyəm Neft Akademiyasının məzununu olan Zakir Babayevin pensiya sistemində əvəzolunanı yox idi? Yəni bu adam o qədər əvəzolunmazdır ki?
DSMF-nin müqavilə ilə işləyən 67 yaşlı direktoru Z.BABAYEV
Əlbəttə var, çoxdur. Lakin onunla Səlim Müslümovu birləşdirən "çox incə məqam”lar var ki, bu, onun əvəzlənməsinə imkan vermirdi. Əksinə, hər keçən zaman o, Səlim Müslümovun daha da qəlbini "fəth" etməyi bacarırdı...
Hələlik bu barədə danışmaq istəmirəm, lakin sizə yalnız onu deyim ki, Zakir Babayev Səlim Müslümovun həm də DSMF-nin bütün rayon və şəhərlərdə yeni inzibati binalarının tikintisində hərtərəfli rol oynamış iki adamından biridir. Onun məhz tikinti sahəsi ilə hansı manevrlər edərək, Səlim Müslümovun qəlbini necə fəth etməsi ilə yanaşı, əlbəttə ki, əvvəlki sədr Elman Mehdiyevi necə "devirməsi” araşdırılmalı mövzudur...
Sabiq nazirin digər sadiq kadrı - ƏƏSMN-in bütün maliyyə-təsərrüfat, tender, mühasibat sektorunun cəmləşdiyi ən böyük sahəni əhatə edən iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın da bu vəzifəyə necə yüksəlməsini nazirlik sistemində bilməyən yoxdur...
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə gəldikdə, bu adamın sürətli karyerasının "ana xətti" Səlim Müslümovun dayısının kürəkəni olması ilə birbaşa bağlıdır.
Heç kimə sirr deyil ki, Səlim Müslümovun bu naxçıvanlı kadrı məhz kürəkən olduğu üçün belə sürətlə bu sahədə yüksəlib. Bəli, faktdır ki, Fuad, əslində Səlim Müslümovgilin məhz kürəkənləri olduğu üçün sürətli və şübhəli yüksəlişə nail olub. Pedaqoji universitetin məzunu olan kürəkənin sonradan əlavə ixtisası qazanmasından tutmuş, ƏƏSMN-də faktiki təsir gücü olan ilk 5-liyə çevrilməsindən sonra nələrə sahiblənməsi də başqa bir mövzunun söhbətidir.
Yalnız hələlik onu deyim ki, Fuad Əlizadə sabiq nazirin bütün gizli və açıq maliyyə məsələlərində böyük rol oynayıb. Onun biznesini araşdırsanız, heyrətə gələcəksiz...
Fuad ƏLİZADƏ
Keçmiş nazirin "vurulması” zərurətə və gündəmə çevrilən digər kadrı isə qaynıdır. Cəzasızlığın, özbaşınalığın dərəcəsinə baxın ki, keçmiş nazir Səlim Müslümov öz qaynı Ağalar Xasayevi DSMF-nin 3 ən prestijli idarəsindən birinin - Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi təyin edib.
O, DSMF-nin digər gəlirli sahəsini - Hüquqi Hüquqi Şəxslərlə İş idarəsini də kənar adama "hədiyyə" etməyib. Bu idarənin rəisi vəzifəsinə isə kirvəsi Şiraslan Əsədovu gətirib.
Burada qeyd edim ki, Şiraslan Əsədov, həm də keçmiş kənd təsərrüfatı naziri, Səlim Müslümovun gəınclik dostu Heydər Əsədovun doğma qardaşıdır.
Hazırda Şiraslan Əsədovun da pensiya yaşı çatıb, səhv etmirəmsə, indi o, 64 yaşının içindədir. Yəni yeni nazir onu həm də yaş faktorunu əsas gətirməklə, rahatlıqla pensiyaya göndərə biləcək”.
Məlumatlı şəxs deyir ki, keçmiş nazir kadr seçimində qohumluq prinsipinə o qədər arxayın şəkildə üstünlük verib ki, o, hətta bacısının həyat yoldaşına da yüksək vəzifə verməkdən çəkinməyib:
"Bəli, cəzasılıq, özünü dövlət içində dövlət kimi görmək xülyası o yerə çatmışdı ki, Səlim Müslümov tək dayısının, bacısının, qardaşının və digər qohumlarının qohumlarını unutmayıb. O, demək olar ki, bütün qohumlarına sanki ailə şirkəti kimi idarə etdiyi ƏƏSMN-də vəzifə paylayıb. Baxın, o, təkcə dayısının kürəkəni Fuad Əlizadəyə deyil, həm də öz kürəkəninə də yüksək vəzifə verib. Belə ki, bacısının həyat yoldaşı Əsgər Əsgərovu da nazirliyin Nəsimi rayon şöbəsinin müdiri gətirib. Ümumiyyətlə, bu sistemdə gəlin, qudalar, qardaş faktorlarına əsaslanmış xoşagəlməz təyinatlar da kifayət qədərdir.
Səlim Müslümov Əjdər Cəbiyevlə
Onu da qeyd edim ki, sabiq nazirin belə hərəkəti işçilərinə də sirayət etmişdi. Məsələn, Əjdər Cəbiyev də vəzifə səlahiyyətindən istifadə edərək, öz doğma qardaşı Şahalını da DSMF-nin Suraxanı şöbəsinin müdiri təyin edib. Korrupsiya haqqında qanuna zidd olan belə rüsvayçı hallar çoxdur.
Hətta Səlim Müslümovun "narxoz”dan birgə işlədiyi xeyli keçmiş iş yoldaşlarına da vəzifə paylaması haqda yetərincə faktlar var. Yəqin ki, bütün bunları müvafiq qurumlar, həmçinin, yeni nazirin özü tərəfindən diqqətlə araşdıracaq”.
Məlumatda o da bildiirlir ki, yeni nazir Sahil Babayev artıq yavaş-yavaş komandasını formalaşdırmağa da başlayıb:
"Bildiyim qədər ilə o, vaxtı ilə işlədiyi nazirlikdən bir neçə şəxsi ƏƏSMN-ə dəvət edib. Hələlik işdən çıxarılanların çoxunun yerinə təyinat aparılmayıb. Onların səlahiyyətləri başqalarına müvəqqəti həvalə olunubdur. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.
Eyni zamanda, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin, Əmək siyasəti şöbəsinin müdiri, aparat rəhbəri və müavininin yerinə də təyinat olacaq. Bundan başqa, kifayət qədər ciddi səbəblərə görə vəzifəsindən Səlim Müslümovun qohumlarından daha tez yola salınan mətbuat katibi Elman Babayevin yerinə də bu həftə təyinat aparılacağı gözlənilir. Nazirliyin mətbuat katibi postuna hazırda bir neçə nəfərin namizədliyi müzakirə olunur. Yəqin ki, qısa müddətdə bunlardan biri seçiləcək”.
Məlumata görə, bütün bunlarla yanaşı, nazirlikdə yoxlama aparılması da gündəmə gəlib: "Siz yəqin Hesablama Palatasının mətbuatda yayılan 2017-ci il üzrə hesabatını oxudunuz. Palatanın bunu niyə məhz indi yayması çox maraqlı olması başqa bir mövzudur.
Lakin həmin vaxt aparılan və sizi əmin edirəm ki, bəli səbəblərdən çox da dərtindən aparılmayan həmin yoxlama materialından görünür ki, burada hətta ölü adamların adına pensiya yazılıb. Ona görə də ƏƏSMN və onun strukturlarında yeni yoxlama aparıb, dövlətin pulunu bu şəkildə talan edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçılmaz səviyyəyə gəlib çatıb.
İnanın, siz işdən azad olunanlarla yanaşı, qapı ağızında qovulacağı günü həyəcanla gözləyən vəzifəli şəxslərin öz ailə üzvlərinin adlarına aldıqları daşınar və daşınmaz əmlakların siyahısını araşdırıb cəmiyyətə təqdim etsəniz, böyük sensasiya olacaq.
O zaman xalq görəcək ki, əlilin, şikəstin, təqaüdçünün pulunu kimlər necə oğurlayıb...
Elə o üzdəndir ki, çoxları Səlim Müslümov başda olmaqla, qohum-əqrabadan ibarət komandasının tezliklə istintaqa cəlb olunacağını istisna etmirlər. Əlbəttə, bununçün siyasi qərar verilməlidir.
Hesab edirəm ki, kükrəyən ictimai rəy gec-tez bunu da gündəmə gətirəcək...”.
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib