Orta məktəbdən 560 nəfər təxliyə edilib - FHN-dən açıqlama (Yenilənib)

img

10-05-2018 [15:37]


Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


****

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.

Şagirdlər dərhal təxliyyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub.

*** 

Mia.az Lent.az-a istinadən xəbər verir ki, şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə vətəcili tibbi maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hadisənin doğruluğunu Bakı Şəhər Təhsil İdarəsindən də təsdiqlədilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR