08-05-2018 [14:08]
Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə davam edib.
Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində daha yüngül cəza tələb ediblər.
Təqsirləndirilən şəxs Bəhruz Rəfiyevin vəkili Adəm Məmmədov isə müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə çıxış edən təqsirləndirilən şəxs Fuad Əsgərov bildirib ki, bu işdə onun heç bir təqsiri yoxdur: "Mənə deyirlər hadisədən sonra xəstəxanada niyə adını səhv demisən? Müstəntiq versiya irəli sürür ki, guya mən istintaqdan yayınmaq istəmişəm. Xeyr, mən ağır halda xəstəxanaya çatdırılanda adımı qəsdən səhv dedim. Çünki vəziyyətim pis idi. Heç kim mənə görə pis vəziyyətə düşməsin deyə elə dedim. Gərək insan öləndə kişi kimi ölsün".
Fuad Əsgərov onu da qeyd edib ki, ittihamda yazılanlar həqiqəti əks etdirmir: "Yazıblar ki, mən kimdənsə pul tələb etmişəm, haqq istəmişəm. Burda oturanların heç birini tanımıram. Görməmişəm. Heç kimdən pul tələb etməmişəm".
Qeyd edək ki, hadisə 2016-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astaralı Fuad)8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da yola salınır?
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb