6 pambıqçı qadın faciəli şəkildə öldü, 2 yaralı var - Rəsmilər hadisə yerində + Adlar/Fotolar (Yenilənib)

img

07-05-2018 [11:33]


Sabirabad rayonunda işçilər pambıq tarlasına işləməyə gedərkən traktorun qoşqusu aşıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 6 qadın kanala düşərək boğulub, sürücü və bir qadın isə yaralanıb.

Ölənlər:

1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı

2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı

2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı

1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı

1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı

1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı

Yaralılar:

1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı

1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu

Meyitlər artıq ailələrinə təhvil verilib. Kənardan hadisəni görən 25 yaşlı gənc stressə düşüb. Hazırda onun vaziyyəti yaxşıdır. 

****

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəhriyar kəndində traktorun qoşqusu aşaraq kolektora düşüb, nəticəsində 6 nəfər ölüb. Dünyasını dəyişənlərin hamısı qadınlardır.

Mia.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayonunda 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb "lapet"in (qoşqu) traktordan ayrılması olub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ölən qadınlar pambıq becərməyə gedirmiş. Əlavə məlumat veriləcək.

****

Xəbər verdiyimiz kimi, Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 6 nəfər ölüb. Dünyasını dəyişən qadınlar pambıq becərməyə gedirmişlər. Unikal.org-un əldə etdiyi məlumata görə hazırda Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, prokuroru və digər vəzifəli şəxslər hadisə yerindədir...





Digər xəbərlər
SON XƏBƏRLƏR