Gəncədə yaşayış binasında yanğın: iki yanğınsöndürən xəsarət alıb

img

05-05-2018 [11:01]


 Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR