Goranboyda 21 yaşlı qız özünü körpüdən belə atdı - Video

img

03-05-2018 [19:04]


Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.

Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR