Peterburqda “Lotu Quli”nin tərəfdarları atışdı - Ölən var + VİDEO

img

02-05-2018 [10:31]


Ötən gün Sankt-Peterburq şəhərində 32 yaşlı Qarayev soyadlı Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən atışmanın detalları məlum olub.

Gündüz saatlarında Peterburqun mərkəzində baş verən silahlı insident "Lotu Quli” adlı azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun adamları arasında baş verib.

Belə ki, mərhum Qarayev də, onun qatili 46 yaşlı Mahir Məmmədov da "Lotu Quli” klanını üzvləri olub. 

İddia olunur ki, Mahir Məmmədov Sankt-Peterburqda ticarətlə məşğul olan azərbaycanlı biznesmenlərdən xərac alaraq onu "Quli”yə göndərirmiş. Lakin "qanuni oğru”nun maliyyə araşdırmaları həmin xəracın heç də hamısının ona göndərilmədiyini aşkara çıxarıb...

Bu səbəbədən də "Lotu Quli” Mahir Məmmədovun yerinə məhz Qarayevə xərac toplamaq missiyasını həvalə etmişdi. Ehtimal olunur ki, bununla barışmayan Mahir Məmmədov tərəfdarları ilə Qarayevi Sankt-Peterburqun mərkəzində güllələyib.

Hadisə anının videosu artıq internetdə yerləşdirilib/Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR