Aeroport, metro və magistrallar bağlandı - Yerevanda etiraz dalğası böyüyür

img

02-05-2018 [10:12]


Yerevanda bu gün səhər saatlarından etibarən bütün əsas yollar etirazçılar tərəfindən bağlanıb.

Mitinq iştirakçıları hava limanına gedən yolu, Yerevanın mərkəzini tutublar. İnsanlar çemodanlarla hava limanına doğru irəliləməyə başlayıblar.

Qeyd edək ki, müxalif lider Nikol Paşinyanın tərəfdarları onun baş nazir seçilməməsinə etriaz edirlər. Paşinyan ötən gün Parlamentdə keçirilən səsvermədə Respublikaçılar Partiyasının əksər deputatlarının onun əleyhinə səs verməsindən sonra baş nazir ola bilməyib. Bundan sonra isə, Paşinyan tərəfdarlarını etiraz aksiyasına çağırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA