DSX sərhəd pozuntusunun qarşısını aldı: 5 əcnəbi saxlanıldı + FOTOLAR

img

01-05-2018 [10:22]


Dövlət Sərhəd Xidmətinin əməkdaşları 5 əcnəbinin dövlət sərhədinin pozmalarının qarşısını alıb.

DSX-nın Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, hadisə "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Belə ki, aprelin 26-da Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində "Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb. Həmin şəxslər sərhəd zastavasının mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəllüdlüKunarathinam Thuvisan, 1977-ci il təvəllüdlüSellakılı Santhırakumar, 1983-cü il təvəllüdlüRatnasingam Satheeskumar, 1994-cü il təvəllüdlüGunaslgar Kamstanvə 1978-ci il təvəllüdlüAnthony Cross Anthony Belderolmaları müəyyən olunub.

Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR