İsrail parlamenti İrana qarşı müharibə planını təsdiq etdi - Bölgəmiz böyük qan canağının astanasına gətirilir

img

01-05-2018 [09:00]


İsrail parlamenti İrana qarşı müharibəyə başlamaq haqda layihəni təsdiq edib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, parlament 62 səslə hökumətə və Müdafiə Nazirliyinə istənilən vaxt İrana qarşı dərhal müharibəyə başlamaq üçün tam səlahiyyət verib: "Parlament Baş nazir Binyamin Netanyahu ilə müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən sənədi dünən müzakirəyə çıxarıb. Layihəyə 62 deputat "hə", 42-si isə "yox" deyib. Bununla da hökumətə İrana qarşı savaş elan edib, hücuma keçmək üçün tm yetki verilib. Bu isə bölgədə növbəti və daha dəhşətli savaş ocağının yaranması və bu bölgənin daha böyük qan şanağına çevrilməsi təhlükəsini artırdı".

Onu da qeyd edək ki, parlamentin iclasında Baş nazir Netanyahu İranın nüvə silahına dair proqramdan imtina etmədiyini deyərək, İsrail kəşfiyyatının  bununla bağlı cox ciddi kəşfiyyat məlmatları ələ keçirdiyini bəyan edib. Baş nazir bildirib ki, həmin sənədləri tezliklə beynəlxalq ictimaiyyətə açıqlayacaq və mütləq və mütləq İranı cəzalandıracaqlar.

Baş nazir çıxışında ABŞ prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişinin yenilənməsi ilə bağlı davam edən danışıqlarda daha qətiyyətli addım atacağına da inandığnı deyib: "Biz yaxın günlərdə onun dünyanın təhlükəsizliyi ilə bağlı çox mühüm qərar verəcəyinə inanırıq".

Rəsmi Tehran isə hələlik parlamentin qərarına rəsmi reaksiya verməsə də, hələ iclasdan əvvəl də Benyamin Netanyahunun İranın nüvə proqramı haqda səsləndirdiyi ittihamlara cavab verib. 

İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, İsrailin bu bəyanatı şoudur: 

"Bu bəyanat gülüncdür. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynayır”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA