“Hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün..." - Köçəryan Rusiya telekanalında Paşinyanı "vurdu"

img

30-04-2018 [13:44]


"Hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin”.

Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan aprelin 29-da NTV kanalında yanımlanan "İradə Zeynalova ilə həftənin nəticələri” proqramında deyib.

"Nikol Paşinyan nə tələb edir? Hakimiyyəti mənə indi verin. Amma hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin. Bu, konkret insanlardır, bu parlamentdir, bu deputat korpusudur, onların öz mənliyi var. Böyük bir insan kütləsini məcbur, şantaj etmək, öz vicdanına, siyasətdə öz baxışları, öz təsəvvürləri əleyhinə getməyə məcbur etmək, düşünürəm ki, bu tam sonuncu tədbirdir”, – o, deyib/ Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA