Makkeyn yenidən xəstəxanaya yerləşdirildi - O, kürəkəninə vəsiyyət edib

img

30-04-2018 [12:53]


ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn xəstəxanaya yerləşdirilib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu senatorun kürəkəni Ben Domenek bildirib.

Onun sözlərinə görə, C.Makkeyn artıq vəsiyyət də edib. Senator kürəkənindən qızı Meqanın qayğısına qalmağı xahiş edib.

Qeyd edək ki, 81 yaşlı C.Makkeyn ötən il beyin xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Apreldə isə o, bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya düşmüş və cərrahiyyə əməliyyatı olunmuşdu. 

C.Makkeyn ABŞ Senatının Silahlı Qüvvələrlə iş üzrə komitənin üzvüdür. O, ABŞ Prezidenti Donald Trampı Rusiyanın dövlət başçısı Vladimir Putini prezident seçkisində qalib gəldiyi üçün təbrik etdiyinə görə tənqid etmişdi. Ötən ilin yazında isə C.Makkeyn Rusiyanı terrorçu İŞİD qruplaşmasından daha təhlükəli olduğunu söyləmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA