Bərdədə silahlı insident: 54 yaşlı kişi qonşusunu güllələdi

img

30-04-2018 [10:57]


Bərdə rayonunda silahlı insident nəticəsində 1 nəfər ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində baş verib. 

Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Asif Hümmətov qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. 

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR