İsrail Əsədə və İrana bağlı olan iki hərbi bazanı vurdu: 38 hərbçi ölüb, 57-si yaralanıb - Gərginlik artdı + FOTO

img

30-04-2018 [09:38]


Suriya rejiminə bağlı olan Hamada və Hələbdə - İranın SEPAH təşkilatına məxsus olan iki hərbi baza raket atəşinə tutulub.

Mia.az xarici mətbuata istinadən bildirir ki, hərbi bazaların silah anbarlarının məhv edilməsi nəticəsində 38 hərbçi ölüb, 57-si yaralanıb.

İlin məlumata görə, gecə baş verən hücum bölgədə 2.6 bal gücündə zəlzələ effekti də yaradıb. 

Faktı Suriya ordusunun qərargahı təsdiq edib. Bildirilib ki, Hama və Hələbdəki iki hərbi baza həqiqətən raketlərlə vurulub. Amma qərargah təfərrüatları açıqlamayıb. 

İsrail mətbuatı isə bu hücumu Tel-Əvivin etdiyini yazıb.

"Reuters" isə vurulan hərbi bazanın birinin həqiqətən də İrana bağlı olan şiə mənsublu döyüşçülərə məxsus olduğunu bildirib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA