"Niyə qapı-qapı gəzirsən, Aydan, yoxsa kosmosdan gətirək namizədi?" - Baş nazir müxalifət liderini ələ saldı

img

29-04-2018 [13:37]


"Seçkiyə giririk, günləri sayırıq, ancaq ana müxalifət partiyasından səs yoxdur. Aydan, Marsdan, yoxsa kosmosdan gətirək namizədi?"

Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım CHP sədri Kamal Kılıçdaroğlu barədə danışarkən deyib.

"Sizin daxilinizdə prezidentliyə namizəd olacaq əməkdaşınız yoxdur? Kamal bəy, sən partiya sədrisən, ana müxalifət partiyasının rəhbərisən, sənə yaraşan namizəd olmaqdır və "mən də varam” deməkdir. Türkiyəni idarə etməyə mən də namizədəm deməkdir. Niyə qapı-qapı gəzirsən, namizəd axtarırsan, niyə özün namizəd olmursan? Əgər partiya sədrisənsə, millətin səndən gözlədiyi namizəd olmaqdır, axtarmaq deyil”, - Baş nazir bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA