Türkiyə Almaniyaya nota verdi - Səbəb

img

27-04-2018 [16:08]


Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfir Türkiyədə olmadığından Nazirliyə Almaniyanın müvəqqəti işlər vəkili gedib.

Türkiyə XİN-də almaniyalı diplomata terrorçu PKK-nın Suriyadakı qolu YPG-nin Almaniyadakı fəaliyyətindən narazılıq ifadə olunaraq ölkəsinin rəhbərliyinə çatdırmaq üçün etiraz notası təqdim edilib.

Almaniyada çıxan "Der Spigel” bildirib ki, Mart Erdmann 2,5 ildir Türkiyədə fəaliyyət göstərir. O, bu müddət ərzində 21 dəfə Türkiyə XİN-ə çağrılaraq nota təqdim olunub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA