Ermənistan hökumətinin müvvəqəti başçısı müxalifət lideri ilə görüşdən imtina etdi - İrəvanda böhran

img

27-04-2018 [11:48]


 Ermənistan baş naziri səlahiyyətlərinin müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib.

Qeyd edək ki, aprelin 27-də saat 12-də onların görüşü nəzərdə tutulmuşdu. Müxalifət görüşün KİV üçün açıq keçirilməsini istəyir.

Xatırladaq ki, aprelin 26-da Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub. Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, həmçinin 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir. Tərəflər həmçinin mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA