"Ordu ölkədaxili problemlərin həllinə cəlb oluna bilər" - Ermənistanın müdafiə nazirindən aksiyaçılara mesaj

img

23-04-2018 [13:13]


Ermənistanda fövqəladə vəziyyət rejimi elan ediləcəyi təqdirdə, ordu ölkədaxili problemlərin həllinə cəlb oluna bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Vigen Sarkisyan mətbuat konfransında bildirib.

"Hökumətin belə planının olduğunu demirəm, sadəcə, proseduru izah edirəm. Ölkədə fövqəladə vəziyyət elan edilərsə, Konstitusiya çərçivəsində ordu müəyyən funksiyalarla daxili proseslərə cəlb oluna bilər", - nazir vurğulayıb.

O söyləyib ki, hazırda belə zərurət yoxdur.

Qeyd edək ki, Yerevanda müxalifətin mitinqləri aprelin 13-dən bəri keçirilir. Müxalif tərəfdarları aprelin 17-də parlament tərəfindən baş nazir seçilən Serj Sarqsyanın istefasını tələb edir. Ermənistan Baş Prokurorluğu aprelin 22-də parlamentin müxalifət partiyalarının deputatları Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyanın qanunsuz mitinq keçirdikləri üçün saxlanıldığını təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA