Türkiyədə növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq - SİYAHI

img

22-04-2018 [23:38]


Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq.

Bu barədə Türkiyənin Ali Seçki Təşkilatı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Millətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib.

Yeni seçki qanununa görə, prezidentliyə namizəd olacaq şəxslər deputat mandatı uğrunda mübarizə apara bilməzlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA