Bakı Metropolitenində intihar: 42 yaşlı qadın özünü qatarın altına atdı

img

22-04-2018 [14:21]


Bakı Metropolitenində intihar hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, hadisə saat 12:50-də, metronun "28 May" stansiyasında qeydə alınıb.

Onun sözlərinə görə, 1976-cı il təvəllüdlü Lənkəran sakini Səfərova Ruhəngiz Canəli qızı metroda özünü qatarın altına ataraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR