Sərkisyan istefa şərtini açıqladı: "Baş nazir vəzifəsində olmam regiondakı mürəkkəb geosiyasətlə bağlıdır"

img

22-04-2018 [10:59]


Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sərkisyan istefa şərtlərini açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, baş nazir ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin izamala salınmasına nail olduqdan sonra vəzifəsindən gedəcəyini bildirib.

Onun sözlərinə görə, Ermənistanda demokratiya heç vaxt "geridə qalmayacaq". Sərkisyan həmçinin deyib ki, onun baş nazir vəzifəsində olması "regiondakı mürəkkəb geosiyasətlə bağlıdır".

"Mənim təsəvvürümcə, bu problemlər həll olunandır. Ölkənin lideri bundan sonra başqa məsələləri öz üzərinə götürə bilər", - deyə o, özünü lider adlandıraraq bildirib.

Qeyd edək ki, Ermənistan müxalifəti onun baş nazir vəzifəsinə təyin edilməsi əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaların gedişində yüzlərlə müxalifətçi saxlanılıb və həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA