General çevrilişə qalxdı: kral Salman gizli hərbi bunkerə qaçdı - Paytaxda şiddətli atışma + VİDEO

img

22-04-2018 [00:39]


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dövlət çevrilişinə cəhd həyata keçirilir.

Bu barədə öz mənbələrinə istinadən "Associated Press” məlumat yayıb.

Bildirilir ki, çevriliş cəhdinə ölkənin quru qoşunlarının rəhbəri general Alukas Neplis başçılıq edir.

Məlumatda qeyd olunur ki, hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində partlayış və atışma gedir. Hadisə Kral sarayı yaxınlığında qeydə alınıb.

Bildirilir ki, kral Salman ibn Əbdül Əziz əs-Səud vaxtında paytaxtda yerləşən hərbi bazanın bunkerinə təxliyyə edilib.

Hazırda daha ətraflı məlumat yoxdur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA