"Onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik" - MHP-dən seçki açıqlaması

img

21-04-2018 [17:12]


 "Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır". 

Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, MHP-nin seçki strategiyası iki əsasa dayanır: "Birincisi, güclü parlamentin formalaşdırılması, ikincisi isə prezident seçkisinin eyni vaxtda baş tutmasıdır. Bu gün MHP-dən prezidentliyə namizədliyini irəli sürən yoxdur. Çünki yeganə namizədimiz Rəcəb Tayyib Ərdoğandır və onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən də MHP olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunmağa çalışacağıq". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA