Sərkisyan müxalif liderə səsləndi: "Baş verənlərdən narahatam, gəl, masada oturaq..."

img

21-04-2018 [15:04]


Ermənistan baş naziri, keçmiş prezident Serj Sarkisyan deputat, "Elk” fraksiyası lideri Nikol Paşinyanı danışıqlar masasına çağırıb.

Bu barədə baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir: 

"Ötən həftə ərzində Yerevanda bir sıra mitinq və yürüşlər baş tutdu. Dinc mitinq və yürüşlər keçirməyə ölkəmizin istənilən vətəndaşının haqqı var. Hakimiyyət hər zaman bu haqqa hörmət edib və hörmət edəcək.

Təəssüf ki, bu ictimai aksiyalar tez-tez qanunla icazə verilən çərçivəni keçib və yersiz, anarxist təzahürlər alıb. Mən daxili siyasi proseslərdə baş verənlərdən dərindən narahatam. Bərpa olunmaz itkilərdən qaçmaq üçün Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasına əyləşməyə çağırıram”. 

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA