Tramp senata səsləndi: "O, nələrin uğrunda çalışıbsa, uğura nail olub, dəstəkləyin"

img

20-04-2018 [09:35]


ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Senatı tezliklə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləməlidir.

Bu barədə Amerika lideri "Twitter"də yazıb.

"Mayk Pompeo görkəmli şəxsdir. O, Vest-Poyntda (elitar hərbi akademiya - red) öz sinfində birinci olub. Hardvard Universitetinin Hüquq fakültəsinin ən yaxşı tələbələrindən biri olub.

O, nələrin uğrunda çalışıbsa, bir çox müvəffəqiyyətlərə nail olub. Senat tezliklə Maykın namizədliyini dəstəkləməlidir. O, əla dövlət katibi olacaq", - deyə Tramp yazıb.

Qeyd edək ki, Amerika lideri martın 13-də Pompeonun Dövlət Departamentinin rəhbəri vəzifəsində Reks Tillersonu əvəz edəcəyini xəbər verib. Hazırda bu vəzifəni müvəqqəti olaraq xarici siyasət idarəsi rəhbərinin birinci müavini Con Sallivan icra edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA