"O anda ki, məxməri inqilaba qoşulacaqsınız, onda siz yox, Sərkisyan işini itirəcək" - Müxalif lider məmurlara səsləndi

img

19-04-2018 [22:03]


Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan dövlət qulluqçularını mitinqlərə qoşulmağa çağırıb.

Bu barədə o, Yerevandakı "Republika" meydanında keçirilən aksiyada bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçuları hərəkata qoşulmaq istəyirlər, amma iş yerlərin itirməkdən qorxurlar.

 "O anda ki, məxməri inqilaba qoşulacaqsınız, siz yox, Serj Sarqsyan işini itirəcək", - deyə Paşinyan bildirib.

O, söz verib ki, Serj Sarkisyanın gedişindən sonra dövlət qulluqçularının və polislərin maaşlarını artıracaq ki, onların öz ailələrini dolandırmaları üçün istirahət günlərində həyətləri betonla dolduraraq pul qazanmalarına ehtiyacları olmasın. 

"Amma yalnız onların maaşları artmayacaq", - deyə Paşinyan vəd verib.

Aksiya rəhbəri qeyd edib ki, qırmızı beretlilər işdən sonrakı asudə vaxtlarında ya taksi sürücüsü işləyirlər, ya da fəhlə: "Və indi onlar dəyənəklə Serj Sarqsyanın iqamətgahını müdafiə etməlidir. Siz bundan sonra arvadınızın və uşaqlarınızın gözlərinə necə baxacaqsınız?". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR