İsrail general Tehrana şərt qoydu: "Suriyadan çıxın, yoxsa savaş qaçılmazdır"

img

19-04-2018 [12:07]


İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq.

Axar.az xəbər verir ki, bunu "Yediot Ahronot” qəzetinə müsahibəsində ehtiyatda olan general Yakov Amidror deyib. Onun sözlərinə görə, Livandan sonra Suriyada da İranın təsirini artırması İsraili artıq narahat edir:

"Biz Tehranın Suriyada təsirini genişlətməsinə imkan verməyəcəyik. Belə olacağı təqdirdə aramızdakı savaş qaçılmaz olacaq. Bu savaşda hər iki tərəf böyük itkilər verəcək. İran ən yaxşı hərbi texnikasını Suriyaya gətirir. Bu isə Əsədi müdafiə üçün edilmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA