ABŞ səfirliyindən Ermənistandakı vətəndaşlarına xəbərdarlıq: "...KİV-dən izləməyi məsləhət görürük”

img

19-04-2018 [10:29]


ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.

Ermənistan KİV-ləri xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdarlıq yayıb.

"ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”. 

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. 

Ölkə parlamenti aprelin 17-də S.Sərksiyanı baş nazir seçib/Report.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA