Pompeo Kim Çenlə gizli görüşüb? - “Vaşinqton Post”dan sensasion iddia

img

18-04-2018 [10:51]


ABŞ Dövlət katibi postuna namizəd Mayk Pompeo aprelin əvvəllərində Kim Çenlə görüşmək üçün Şimali Koreyaya gizli səfər edib.

"Vaşinqton Post” iki etirablı mənbəyə istinadla Trampla Kim Çenin birbaşa dialoqlarına hazırlıq xarakteri daşıyan səfərin Pasxa ilə bağlı istirahət günləri ərzində baş tutduğunu yazıb.

Pompeonun səfəri 2000-ci ildə ABŞ Dövlət katibi Madlen Olbraytın Şimali Koreya lideri Kim Çen İrlə görüşündən bu yana ölkələr arasında ən yüksək səviyyədə keçirilən ilk əlaqə olub.

Ağ Ev, MKİ, həmçinin Şimali Koreya rəhbərliyi Pompeonun səfəri məsələsinə münasibət bildirməkdən imtina edib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA