Rəsmi Ankara Yunanıstanı təhdid etdi: "...yoxsa biz də istəmədiyimiz addımları atmalı olacağıq"

img

18-04-2018 [09:16]


Türkiyə Yunanıstanı Egey dənizində təxribat xarakterli hərəkətlərdə günahlandırıb və bu davamlı olacağı təqdirdə onu cavab hərəkətləri ilə təhdid edib.

Bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Yunanıstanın öz bayrağını Egey dənizindəki mübahisəli adalardan birinə sancmasını pisləyib və Afinanı bölgədə gərginlik yaratmamağa çağırıb.

"Yunanıstan ilə xoş qonşuluq münasibətləri üçün çox vacib addımlar atdıq. Amma Afina daxili siyasətindən ötrü təxribat xarakterli bəyanatlar verir. Bizim münasibətlərimiz daxili siyasi hesablamaların qurbanı olmamalıdır. Yunanıstan bizim Egey dənizində belə hərəkətlərə sakit şəkildə reaksiya verəcəyimizi gözləməsin. Gəldik, bir bayraq sancdıq, dedik ki, "bu ada bizimdir"…Onlar öz təxribatlarına son qoymalıdırlar, yoxsa biz də istəmədiyimiz addımları atmalı olacağıq", - deyə Bozdağ jurnalistlərə bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA