"Heç bir nəticə verməyəcək, biz qana susamamışıq" - Sərksiyandan etirazlara reaksiya

img

17-04-2018 [23:05]


"Müxalifətçi qüvvələr anlamalıdırlar ki, polislə toqquşma və hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək".

Bunu Ermənistanın yeni seçilmiş baş naziri Serj Sərkisyan deyib.

Radikal müxalifəti təmsil edən "Yelk” blokuna müraciət edərək o, fraksiyanın rəhbəri Mikol Paşinyanı küçələrdən parlamentə qayıtmağa səsləyib. 

"Polislə toqquşmanı və hökumət binalarının zəbtini dinc nümayiş adlandırmaq olmaz”, - Sərkisyan deyib.

"Biz çox qan görmüşük, amma heç vaxt heç düşmənimizin də qanına susamamışıq”, - o, əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA