107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

“Bədbəxçilikdir ki, bizim cəmiyyətin böyük hissəsi Azərbaycan dilində kitab oxumur" - Anar

img

16-04-2018 [11:43]


Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ARB efirində qonaq olub.

O, məktəb illəri haqqındakı xatirələrini tamaşaçılarla bölüşüb:

"Mən Konservatoriyanın nəzdində fəaliyyət göstərən xüsusi məktəbdə, Azərbaycan bölməsində təhsil almışam. Sinfimizdə 5 nəfər şagird var idi. Sinif yoldaşlarımla bu gün də yaxşı münasibətimiz var. Həyat yoldaşım Zemfira xanım sinif yoldaşımdır. Onunla 11 il bir yerdə oxumuşuq, sonra nişanlanıb evləndik və 56 ildir bərabərik”.

Xalq yazıçısı Azərbaycan dilində mütaliə etməyin əhəmiyyətindən də danışıb:

"Böyük bədbəxçilikdir ki, bizim cəmiyyətin böyük bir hissəsi Azərbaycan dilində kitab oxumur, Azərbaycan ədəbiyyatı ilə tanış deyil. Necə ola bilər ki, müstəqil ölkənin ziyalısı öz ədəbiyyatını bilməsin, doğma dilində danışmağı bacarmasın, bu çox böyük bəladır”.

Anar 14 yaşından etibarən yazmağa başlayıb. Ədəbiyyata marağının yaranmasında əlbəttə ki, atasının və anasının xüsusi təsiri olub:

"Mən uşaq olanda anam mənə "Koroğlu” dastanı və Nazim Hikmətin şeirlərini oxuyardı. Onu həvəslə dinləyirdim. Atam isə məsləhət verirdi ki, böyüyəndə geoloq və ya mühəndis olum. Atam deyirdi ki, yaradıcılıqla hər zaman məşğul ola bilrsən. İndi düşünürəm ki, nahaq yerə onun məsləhətinə qulaq asmadım. Başqa sahələrə yönəlsəydim, təcrübəm daha da çox olardı”.

Teleqraf.com
Digər xəbərlər
SON XƏBƏRLƏR